BANK

Manatla kredit verməyə başladı – İLLİK 47%
20 İYUN 2016
4928

Manatla kredit verməyə başladı – İLLİK 47%

2016-06-20 10:43:00

TBC Kredit bank olmayan kredit təşkilatı 15 000 qədər, 36 ayadək manat kreditlərinin verilməsinə başlayıb. Fins.az-a bu barədə təşkilatdan xəbər verilib. 

Bu təşkilatda faiz dərəcələri, məbləğdən və kreditin müddətindən asılı olaraq dəyişir. İllik faiz dərəcələri isə 31-47% arasında dəyişir. 

Məsələn əgər siz 5000 AZN məbləğində 1 illik kredit götürüsünüzsə, o zaman 41% ödəməli olacaqsınız. Yəni hər ay 516 AZN ödəməklə, ilin sonunda ödəcəyiniz kredit faizi 1287 manat təşkil edəcək. 

Bu təşkilatda komissiya faizi 2% təşkil edir

Kredit xətti açmaq üçün iş yerinizdən arayışı və rəsmi əmək haqqı bərədə informasiyanı təqdim etməlisiniz. Həmçinin kredit tarixçəsi, götürmək istədiyini məbləğ və müddətdən asılı olaraq zamin tələb edilə bilər. 

Qeyd edək ki, faiz dərəcələri əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Əvvəllər "TBC Kredit"dən illik 26-27%-lə kredit götürmək mümkün idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296