BANK

"VTB Bank" filiallarını bağlayır - AÇIQLAMA
10 İYUN
991

"VTB Bank" filiallarını bağlayır - AÇIQLAMA

2016-06-10 14:35:00

“VTB Bank (Azerbaijan)" ASC 2016-cı ilin yekuları üzrə zərər planlaşdırır. Bank mənfəətliliyə 2017-ci ildə güman edir, - bunu bankın idarə heyətinin sədri Yuri Yakovlev bəyan edib.

Fins.az "Marja"-ya istinadən  xəbər verir ki, Y.Yakovlev cümə axşamı jurnalistlərə demişdir: “Artıq birmənalı şəkildə demək olar ki, 2016-cı il bank üçün zərərli olacaq. Lakin biz artıq 2017-ci ildə mənfəət əldə etməyi planlaşdırırıq”.

"BİZƏ ÇOXLU SAYDA FİLİAL LAZIM DEYİL

"Onun sözlərinə görə, bank həmçinin, filial şəbəkəsinin optimallaşdırılmasını planlaşdırır.

O, qeyd etmişdir ki, “Biz filial şəbəkəsinin formalaşdırılmasına geniş pərakəndə kreditləşmə planlarından irəli gələrək başlamışdıq. Hazırda bizim strategiya bir qədər dəyişmişdir. Biz daha çox Rusiya və MDB-nin digər ölkələri ilə ticarət əməliyyatları həyata keçirən Azərbaycan şirkətlərinin korporativ sektoruna xidmətə yönəlmişik. Ona görə də bizə çoxlu sayda filial lazım deyil. Biz hazırda filialların effektivlik analizini edirik və istisna deyil ki, onlardan bəziləri bağlanacaq”.

"Hazırda bank öz kredit siyasətini borcalanlara olan tələbləri sərtləşdirən maliyyə bazarlarına nəzarət Palatasının təlimatlarından irəli gələrək qurur", - deyə, Y.Yakovlev əlavə etmişdir.

O, qeyd etmişdir ki, Mərkəzi Bank və Palata tezliklə Azərbaycanda fəaliyyət göstərən sağlam banklara likvidlik verilməsinə başlamağı vəd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272