BANK

Finca Azerbaijan da 2015-ci ildən zərərlə çıxıb - HESABAT
07 İYUN 2016
420

Finca Azerbaijan da 2015-ci ildən zərərlə çıxıb - HESABAT

2016-06-07 15:07:00

Finca Azerbaijan Bank Olmayan Kredit Təşkilatı  (BOKT) 2015-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, BOKT 2015-ci ili 13 milyon 530 min manatlıq zərərlə başa vurub. 2014-cü ildə isə bankın xalis mənfəəti  8 milyon 120 min manat idi. 

Finca Azerbaijanın cəmi aktivləri 2015-ci ildə 9 milyon 379 min manat artaraq, 230 milyon 609 min manat təşkil edib. Hesabat dövrü üçün təşkilatın məcmu kapitalı 13 milyon 53 min manat azalaraq, 26 milyon 476 min manata bərabər olub.

Təşkilatın  kredit portfeli  bir il ərzində 10 mln. 96 min manat azalaraq, 173 mln. 616 min manat təşkil edib. Ötən il Finca Azerbaijan faiz əməliyyatlarından 26 milyon 579 min manat xalis gəlir əldə edib ki, bu da 2014-cü illə müqayisədə, 22 milyon 46 min manat azalma deməkdir.

BOKT-un əməliyyat gəlirləri isə, 25 mln. 750 min manat təşkil edib. Qeyd edək ki, bu göstərici bir il ərzində 21 mln. 798 min manat azalıb.«Finca Azerbaijan»ın 2015-ci ildəki fəaliyyətinin nəticələri ilə buradan tanış olmaq mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300