BANK

​"Kapital Bank" səhmdarlarına dividend ödəməyə başlayıb
01 İYUN
264

​"Kapital Bank" səhmdarlarına dividend ödəməyə başlayıb

2016-06-01 15:43:00

Bu gündən "Kapital Bank" ASC 2015-ci ildə əldə etdiyi xalis mənfəətdən səhmdarlarına dividend ödəməyə başlayıb. Bu barədə Fins.az-a Bankdan bildirilib.

Məlumata görə, səhm sahiblərinə dividendlər iki formada - köçürmə yolu ilə (bankda cari hesabı olan səhmdarlara) və nağd formada ödənilir.

Xatırladaq ki, "Kapital Bank"ın səhmdarlarının mayın 18-də keçirilmiş illik yığıncağında Bankın ötən il əldə etdiyi 61,924 mln. manat məbləğində xalis mənfəətin səhmdarlara ödənilməsinə qərar verilib. Bankın nizamnamə kapitalı (185,85 mln. manat) hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. səhm əsasında formalaşdığından hər səhmə görə 4,13 qəpik dividend ödənilir.

"Kapital Bank"ın səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə, qalan 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. Bankdan verilən məlumata görə, minoritar səhmdarlar arasında ən kiçik paya malik olanlar 1 səhmə, ən böyük paya malik bir səhmdar isə 2 700 səhmə sahibdir. Başqa sözlə, "Kapital Bank"ın minoritar səhmdarlarına ödənilən dividendin minimal məbləği 4,13 manat, maksimal məbləği isə 11 151 manat olacaq. "Paşa Holdinq"ə isə təxminən 61,844 mln. manat dividend ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274