BANK

ABŞ-da kiçik biznesmenlərin 2/5-si kredit kartları ilə işləyir
27 MAY
764

ABŞ-da kiçik biznesmenlərin 2/5-si kredit kartları ilə işləyir

2016-05-27 18:42:00

ABŞ-da kredit kartlarının sahibləri ilə bağlı maraqlı araşdırma aparılıb. Fins.az-ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, amerikalıların 29%-nin plastik kartı yoxdur. Əhalinin 33%-nin plastik kartlarının sayı 1-2, 18%-nin kartlarının sayı 3-4, 9%-nin kartlarının sayı isə 5-6 arasında dəyişir. 7% amerikalı isə 7-dən çox karta sahibdir.

ABŞ-da kollec tələbələrindən debet kart istifadə edənlərin sayı kredit kart sahibləri olan tələbələrin sayından 2 dəfə çoxdur.

Kiçik biznes sahiblərinin 37%-i kapital ehtiyaclarını ödəmək üçün kredit kartlarını daha etibarlı hesab edirlər.

Qadınlar kişilərlə müqayisədə kredit kartları ödənişlərini gecikdirməyə daha çox meyillidirlər.

Maliyyə savadsızlığı səbəbindən qadınlar kişilərlə müqayisədə daha çox israfçılıq edirlər.

2016-cı ilin əvvəlində Amerikada aparılan araşdırma göstərib ki, kart sahiblərinin 74%-i əməliyyatlarını bankların veb səhifələrinə daxil olaraq aparırlar.

23% kart sahibi isə tranzaksiyaların aparılması üçün mobil tətbiqlərdən istifadə edirlər.

Kanadada 72 milyon ədəd Visa və Mastercard dövriyyədədir. Bu ölkədə faiz dərəcələri aşağı olan kartlar kifayət qədərdir və onlardan 1/3-inin faiz dərəcələri 13%-dən aşağıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272