BANK

Samir Şərifov Kristin Laqardla görüşdü
25 MAY
321

Samir Şərifov Kristin Laqardla görüşdü

2016-05-25 18:07:00

Maliyyə naziri Samir Şərifov BVF-nun Baş sərəncamçı direktoru Kristin Laqard ilə görüşüb. Fins.az-ın məlumatına görə, Qazaxıstanın paytaxtı Astana şəhərində öz işinə başlayan IX Astana İqtisadi Forumunun işinə qatılan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi dəyirmi masada iştirak edib.

Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) Baş sərəncamçı direktoru xanım Kristin Laqardın sədriliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilmiş, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədiylə görülən tədbirlər, eləcədə həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində S.Şərifov BVF-nun Baş sərəncamçı direktoru xanım  Kristin Laqard ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədiylə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib.

Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunmuş və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanmış, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazimi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275