BANK

Ekvador bankından 9 milyon dollar oğurlanıb
23 MAY
302

Ekvador bankından 9 milyon dollar oğurlanıb

2016-05-23 08:45:00

"The Wall Street Journal" nəşrinin verdiyi məlumata görə, Ekvadorda "Banco del Austro" bankından keçən il həyata keçirilən kiberhücum zamanı 9 milyon dollar məbləğində pulun oğurlanması ilə əlaqədar cinayət işi açılıb. Fins.az xəbər verir ki. qarət sxemi cinayətkarların Banqladeş Mərkəzi bankına etdikləri kiber hücumun sxemi ilə eynidir. Bu zaman xakerlər 81 milyon dollar oğurlaya bilmişdi. Hələ ki, bu iki cinayət hadisəsi arasında əlaqənin olub-olmaması naməlum olaraq qalır.

Təxminlərə əsasən, cinayətkarlar bankların kompüterlərində olan faylları oxumağı bacaran proqramdan istifadə etmişlər.

Bu proqram SWIFT bank hesablaşmaları üçün beynəlxalq sistemdən istifadə edir və onların identifikasiya şifrələrini oğurlayır.
Ekvador bankının vəkilləri öz istintaq ərizələrində bildirmişlər: “Təəssüflər olsun ki, SWIFT sistemində risk ilə bağlı heç bir yenilik yoxdur və bununla yanaşı, hazırda xakerlər müəyyən dərəcədə təkmilləşiblər”.

Mənbə: Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271