BANK

Azərbaycan bankları faizləri artırırlar
20 MAY
3114

Azərbaycan bankları faizləri artırırlar

2016-05-20 12:27:00
Azərbaycanda manat əmanətlərinə görə faiz dərəcələrini artıran bankların sayı getdikcə artır. Fins.az xəbər verir ki, bu ay bu istiqamətdə ilk addımı “Azərbaycan Beynəlxalq Bankı” atıb. Bank manat əmanətlərinin gəlirliliyini 5% artırıb.

Eləcə də bax: Beynəlxalq Bank faizləri artırdı

Bunun ardınca “Accessbank” da manat əmanətlərini bahalaşdırıb. Əgər indiyə qədər bank milli valyutada yerləşdirilən əmanətlərə görə illik maksimum 12% dividend ödəyirdisə, hazırda bu göstərici 15-18%-dir. Yəni, faizlərdə 3-6% artım var.

Eləcə də bax: Bu bank əmanət faizlərini artırdı 

Həmçinin “AGBank” manat əmanətlərinin faiz dərəcələrini 6% artırıb.  Artıq bu bankda milli valyuta ilə əmanət qoyanlara illik 6% deyil, 12% dividend ödənilir. 

Eləcə də bax: Daha bir bank əmanət faizlərini artırdı

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, tədricən digər banklar da manat əmanətlərini bahalaşdıracaqlar. Çünki, 2-ci devalvasiyadan sonra kiməsə dollarla kredit vermək çətindir. Banklar isə dollarla qəbul etdikləri, amma “sata bilmədikləri” əmanətlərə görə havayı faiz ödəmək istəmir. Müştərilərin demək olar ki, hamısı krediti manatla götürməkdə maraqlıdır, bu isə bankları milli valyuta ilə vəsait cəlb etməyə vadar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275