BANK

Banklar bizə nə vəd edir? - BANK KAMPANİYALARI
11 MAY
476

Banklar bizə nə vəd edir? - BANK KAMPANİYALARI

2016-05-11 14:40:00

May ayı başlayar-başlamaz banklarımız müxtəlif kampaniyalara start veriblər. Fins.az-ın məlumatına görə, ötən aylarda başlayan kampaniyaların bəziləri də, bu və növbəti aylarda davam edəcək. İstirahət mövsümünün yaxınlaşmasına baxmayaraq, banklarda turizm və tətillə bağlı aksiyalara demək olar ki, rast gəlinmir.

Banklarımızn təklif etdiyi kampaniyalar əsasən pul köçürmələrini stimullaşdırmağa yönəlib. Pulsuz danışıq dəqiqələri vəd edən kampaniyalar da kifayət qədərdir. Həmçinin banklarımızda kredit və depozit şərtlərini daha cazibədar edən kampaniyalar da mövcuddur.

May ayında aktiv olacaq bank kampaniyaları ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. 

 Banklar

 Kampaniyalar

 Kampaniyanın bitmə müddəti

 Accessbank

 

 Sürətli köçürmələr - Hədiyyəli dəqiqələr

Beynəlxalq təcili pulköçürmə əməliyyatı aparanlara danışıq dəqiqələri hədiyyə edilir. Kampaniya həm pul göndərənlərə, həm də pul alanlara şamil olunur.

500 dollar və daha artıq pulköçürmə əməliyyatı müqabilində Bank müştərilərə Bakcell və Nar mobil operatorlarından 10 dəqiqəyədək pulsuz danışıq, 1000 dollar və daha artıq köçürmələrdə  - Azercell, Bakcell və Nar mobil operatorlarından 20 dəqiqəyədək pulsuz danışıq hədiyyə edir.

Bankın təklif etdiyi bütün beynəlxalq pulköçürmə sistemləri – Western Union, Contact, Blizko, Forsaj, Lider, Monex, CMT və Privat Money bu kampaniyada iştirak edir. Həmçinin, müştərilər pulköçürmə əməliyyatlarını həmin sistemlərin təklif etdikləri istənilən valyutada – dollar, avro və ya rublda həyata keçirə bilərlər.

Kampaniya 01.02.2017-ci il tarixinədək davam edəcək.

 11.03.2016-01.02.2017

 Hər onuncu köçürmə 0%-lə kampaniyası

AccessTransfer vasitəsi ilə köçürmə edən müştərilər* üçün hər 10-cu köçürməni 0% komissiya ilə aparmaq imkanı var.

*Kampaniya yalnız fiziki şəxslərə şamil olunur.

- 10-cu köçürmənin məbləği ondan əvvəl həyata keçirilən 9 köçürmənin ümumi məbləğindən böyük olmamalıdır;

- Gün ərzində maksimum 3 köçürmə kampaniyada iştirak edə bilər.

 Məlum deyil

 Azərbaycan Beynəlxalq Bankı

 “Yüzdə beş!” 

Aksiyada qeydiyyat və iştirak pulsuzdur.

Aksiyada iştirak etmək üçün (+994 12) 437 7900, və ya mobil telefonlarınızdan *2265 nömrələri ilə Bankın Məlumat Mərkəzinə zəng etmək lazımdır.

SMS-xəbərdarlıq xidmətinə qoşulmuş bank kartlarının sahibləri aksiyada avtomatik olaraq iştirak edirlər.

Aksiyada Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərilən ticarət-xidmət müəssisələrində aparılan ödənişlər və Bankın “Onlayn Ödəmə” səhifəsi vasitəsilə keçirilən ödənişlər hesaba alınır.*

*Təqaüd, sosial və biznes kartları, aksiyada iştirak etmir. AlfaNet, Stream, Super Online və Smart internet provayderlərinin xidmətlərindən və B&B TV, DigiTurk kabel televiziya kanallarından istifadə haqqları, KartTransfer və Cash-by-Code xidmətləri vasitəsilə köçürmələr aksiyada nəzərə alınmır.

Visa kartı istifadəçisinə hədiyyə olunan dəqiqələrin cəmini müəyyən etmək üçün müştərinin hər ayın 19-da Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərdiyi ticarət-xidmət müəssisələrində aparılan ödənişləri hesablanır və hər 100 manata 5 dəqiqə hədiyyə edilir. Hədiyyə dəqiqələri hesablandıqdan sonra ayda bir dəfə SimSim istifadəçilərinin telefonlarının balansına növbəti iş günü ərzində yüklənir.

Ay ərzində hər bank kartına maksimum 150 dəqiqə hədiyyə edilə bilər. Hədiyyə olunan dəqiqələr Azercell şəbəkəsində danışıqlara istifadə oluna bilər. Hədiyyə dəqiqələrdən istifadə müddəti 30 təqvim günü təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərdiyi bir sıra ticarət-xidmət müəssisələrinin siyahısı:

VMF, Aztime, Villeroy & Boch, Ideal, Azza, Sevimli Dad, Makromarket, Citimart, Bazarstore, Araz supermarket, Riyadfarm, Zafaran, Sabina  P&C, Mango, Pink, Koton, Ermenegildo Zegna, Bakond, SOCAR Petroleum, Azpetrol

 Məlum deyil

 Amrahbank

 Amrahbankqızılfürsətli “Üçüncü DepozitFestivalı” kampaniyasını təqdimedir.

Amrahbank 02.03.2016 tarixindən etibarən əmanətçilər üçün çox faydalı olan “Üçüncü Depozit Festivalı” kampaniyasına start verdi.

Kampaniya müddətində “Amrahbank”da manat, dollar və ya avro ilə depozit yerləşdirənlər həm yüksək faizli illik gəlir əldə edəcəklər, həm də depozitinin məbləği 2000 AZN-dən və ya 1500 dollar və avrodan artıq olan hər bir kəs kampaniyanın şərtlərinə müvafiq olaraq 50 qrama qədər 999,9 əyyarlı qızıl külçələr, İphone 6s, Bazarstore və İdeal magazalar şəbəkəsinin 1000 manat dəyərinə qədər müxtəlif alış-veriş kartlarını qazanacaqlar.

 02.03.2016-31.05.2016

 Bank Respublika

 

 Avtokredit üzrə “YayKampaniyası”

Kampaniya müştərilərə may və iyun aylarında aldıqları avtomobilin kredit ödənişinə payızda başlamaq imkanı yaradacaq.

Kampaniya müddətində istənilən “Mazda”, “Honda”, “Subaru” və “Mitsubishi” modellərini manatla kreditə alan müştərilərə ilk 3 aylıq ödəniş hədiyyə edilir. Avtomobillər ilkin ödənişi 50% olmaqla 2 illik kredit şərtləri ilə təklif olunur.

Nağd ödəniş etmək istəyənlər isə kampaniya çərçivəsində xüsusi qiymətlərdən faydalana biləcəklər.

Xatırladaq ki, yapon avtomobil sənayesinin nəhənglərinin “Mazda 6”, “Mazda CX-5”, “Mitsuishi Outlander”, “Mitsubishi Pajero”, “Mitsubishi L 200”, “Honda CR-V” kimi modellərinin 2015 və 2016-cı il istehsalları artıq rəsmi distribüter salonlarındadır.

 

Qeyd olunan şərtlər bütün modellərə aid edilir və bütün dilerlərdə keçərlidir.

 04.05.2016-30.06.2016

 BankRespublikadapulköçürənlərə BakıKarthədiyyə.

Bank Respublika-nın filial və şöbələrində pulköçürmə sistemləri ilə pul göndərən və ya pul alan müştərilərə balansına 4 gediş yüklənmiş BakıKart ödəniş kartını həddiyə edir.

Bundan əlavə, köçürmə məbləğindən asılı olaraq müştərilər mobil rabitə danışıq kartları hədiyyə qazanır. 300-1000 manat köçürmə müqabilində 1 manat (vəya BakıKart), 1001-3000 manat köçürməyə edənlərə 2 manat dəyərində telefon danışıq kartı verilir.  

 Məlum deyil

 Bank Silk Vey

 BankSilkVeyASCplastikkartlarınsahiblərinə xüsusi "SWClub" proqramını təqdimedir.

"SW Club" endirimlər təklif edən unikal endirim proqramıdır. Ödənişləri "miles kartları" ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.

Klubumuzun məqsədi bankın müştərilərinə müxtəlif ticarət, əyləncə və xidmət müəssisələrində endirimlər və güzəştlər təqdim etməkdir.

Siz "SW Club" endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığınızın və xarici görünüşünüzün qeydinə qalmaq, səyahət etmək imkanını əldə edəcəksiniz.

Bizim partnyorlarımızın sayı daim artır, bu da bizim Sizə etdiyimiz təkliflərin sayını artırır. Biz Sizə şəhərimizin ən yaxşı mağazalarını və müəssisələrini təklif edirik.

"SW Club" endirim kartı bank miles kartlarının sahiblərinə hədiyyə olaraq təqdim olunacaq.

 Məlum deyil

 Xalq Bank

Xalq Bankla pulsuz taksidən faydalanın!

Xalq Bank dünyaca məşhur “Uber” taksi xidməti ilə əməkdaşlığa başlayıb. Kampaniyanın şərtlərinə əsasən Xalq Bankın istənilən xidmətindən yararlanan hər bir müştəri “Uber” xidmətindən ilk istifadəni pulsuz həyata keçirə bilər.*

Aksiyada iştirak etmək üçün Bankın filiallarında hər hansı bir məhsul və ya xidmətdən istifadə etmək kifayətdir. Bu zaman müştərilərə əməkdaşlarımız tərəfindən pulsuz taksidən istifadə edəcəyiniz ölkənin adı qeyd olunmuş xüsusi promo-kod təqdim edilir. “Uber”-dən pulsuz gediş əldə etmək üçün “Uber” əlavəsini telefona yükləmək və qeydiyyat zamanı həmin promo-kodu əlavədə qeyd etmək lazımdır. Pulsuz gedişi yalnız “Uber”-ə yeni qoşulan müştərilər istifadə edə bilər.

Uber – mobil əlavəsi olduğunuz yerə qısa müddət ərzindən taksi çağırmağa imkan verən sürücü xidmətidir.

Aksiya və Bankın xidmətləri haqda ətraflı məlumat almaq üçün Bankın filiallarına yaxınlaşa və ya 138 qısa nömrəsi ilə əlaqə yaradaraq Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

*gedişin dəyərinin müəyyən edilmiş 10 manatlıq həddi keçdiyi halda müştəri məbləğin artıq hissəni ödəyir.

Müştərilər Bakı şəhərində 10 manat (01.07.2016-dək), Böyük Britaniyada 15 funt (31.12.2016-dək), Almaniya və İtaliyada 15 avro (31.12.2016-dək), Çexiyada (Praqa şəhərində) 250 kron (01.07.2016-dək), Birləşmiş Ərəb Əmirliklərində 80 dirhəm (15.07.2016-dək) dəyərində pulsuz gedişdən istifadə edə biləcəklər.

 Rabitəbank

 My Azerbaijan

Rabitəbank  ASC  və “My Azerbaijan”  layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanov ilə birgə «Səyahət Sizdən, Xəzinə Bizdən» yeni layihə təqdim edir.

 

“My Azerbaijan” layihəsinin məqsədi, Orxan Aslanov və onun komandası tərəfindən Azərbaycanı gəzib-dolaşaraq, valehedici təbiətindən tutmuş tarixi və unudulmaz məkanlarına kimi bütün ucqar guşələri ilə Azərbaycanı fərqli, tamamilə adət edilməmiş şəkildə təsvir etməkdir. Rabitəbank bu layihəyə qoşulduqdan sonra hər kəsdə Azərbaycanın gözəl, əsrarəngiz, səfalı bölgələrinə səyahət etmək üçün əlavə bir səbəbdə yaradacaq. Layihə çərçivəsində istənilən şəxs  Azərbaycanın bölgələrində  gizli xəzinəni taparaq  Rabitəbank - dan pul mükafatı və “My Azerbaijan” layihəsindən bir sira hədiyyələri qazanmaq imkanı əldə edəcək.

Orxan Aslanov və onun ekstrimal komandası yola düşərək Azərbaycanın bölgələrində xəzinəni gizlədəcəklər. İştirakçılar Rabitəbank-ın və Orxan Aslanovun  şəxsi  Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərəcəklər..

 Məlum deyil

 

 

 

 Uber

Hörmətli Rabitəbankın kart sahibləri, Siz aşağıdaki formanı dolduraraq Uber Şirkəti tərəfindən 10 manatlıq şəhər daxili gediş haqqı qazana bilərsiniz.

https://www.facebook.com/rabitabank/app/914061045344977/

Bunun üçün Siz, ilk növbədə, Rabitəbankın rəsmi facebook səyfəsini bəyənirsiniz!

 Məlum deyil

 Priority Pass

«PriorityPass» kartsahibləriistifadə etdiyihavayollarındanvə aviabiletindərəcəsindənasılı olmayaraqbir çox hava limanlarınınVIP-zalarına girişini və oradaki xidmətlərdən isitfadə etmək imkanı əldə edir.

Rabitəbankın Visa Gold kartı sahibləri «Priority Pass» kartını 50%-dək endirimlə təqdim olunur.

Endirimdən necə yararlanırlar?

 

prioritypass.com/VSINCM saytına daxil olmaq

«Priority Pass» kartlarından birini seçmək

Online ödənişi keçirtmək

 31.12.2016

 Visa Gold

«HotelClub» saytı Rabitəbankın Visa Gold kartı sahibləri üçün 15%-dək seçilmiş mehmanxanalarda endirim təqdim edir.

 Endirimdən necə yararlanırlar?

  Hotelclub.com/visa saytına daxil olmaq

  «Visa Card Verification» bölməsinə kartın ilk 6 rəqəmini daxil etmək

  İstədiyiniz oteli seçmək

 31.12.2016

 AFB Bank

 Zolotaya Korona – Aksiya

 

«AFB Bank» ASC  «Zolotaya Korona» pul köçürmə sistemi  ilə birlikdə yeni «0%-Tarif» aksiyası keçirdir. Bu aksiya müştərilərə xidmət haqqı ödəmədən  Rusiya və digər ölkələrə pul göndərmək imkanı yaradır.

 

Tarif, pul köçürməsinin göndərildiyi an valyutanın sistemin məzənnəsi üzrə konvertasiyası şərti ilə işləyir.     

Alan şəxs üçün rahat olan köçürmə valyutasını seçin.   

 10.06.2015-31.12.2016

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271