BANK

Daha bir bank biznes kreditlərinə başladı
11 MAY
1495

Daha bir bank biznes kreditlərinə başladı

2016-05-11 14:28:00

“Bank BTB” yenilənmiş strateji planla işləməyə başlayıb. Bu barədə fins.az-a bankdan bildirilib. Yeni plana əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə müxtəlif çeşidli məhsullar və xidmətlər təklif edilir. Bank bu strateji dövrdən başlayaraq, müştərilərə fərdi yanaşma və operativ xidmətə daha çox önəm verəcək, “müştəri ilə böyümə” strategiyasını həyata keçirəcək və loyal müştəri portfeli formalaşdıracaqdır.

Belə ki, yerli biznesə və sahibkarlığın inkişafına dəstək göstərərək “Bank BTB” kiçik və orta biznes müəssisələrinə manat krediti təklif edir. Həmçinin bankda yeni hesab açmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlara fərdi yanaşılaraq xüsusi tarif paketi təqdim oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275