BANK

Devalvasiya ilindən ziyanla çıxdı – BANKDAN HESABAT
10 MAY
1005

Devalvasiya ilindən ziyanla çıxdı – BANKDAN HESABAT

2016-05-10 17:10:00

2015-ci ilin yekununda “Bank BTB”nin cəmi aktivləri 211 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 48,3% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 74,8% artaraq 159,7 milyon manat, cəmi kapitalı isə 0,8% artaraq 51,3 milyon manat olub.

Əmanətlərinin 96%-i dollarlaşıb 

İlin yekununda “Bank BTB”nin aktivlərinin strukturunda kredit portfelinin payı 108,8 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 2,3% çoxdur. 

Bankın depozit portfeli isə il ərzində 57% artaraq 81,7 milyon manat olub. Bunun isə 70,8 milyon manatı fiziki şəxslərin müddətli depozitləridir. Son 1 ildə əhalinin əmanətləri 55,1% artıb. Əmanətlərin strukturunda xarici valyutanın payı isə 41,8%-dən 96,2%-ə yüksəlib. 

Mərkəzi Banka borcu 6 dəfə artıb 

2015-ci ildə “Bank BTB”nin Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri də kəskin artıb. Əgər 2014-cü ilin yekununda bank AMB-yə 6,5 milyon manatdan bir qədər çox borclu idisə, 2015-ci ilin yekununda bu rəqəm 38,1 milyon manatı üstələyib. 

Ziyana işləyib

Hesabat dövründə “Bank BTB”nin faiz gəlirləri 22 milyon 130 min manat (24,6% artım), faiz xərcləri 14 milyon 84 min manat (83,5% artım), qeyri-faiz gəlirləri 426 min manat (10 dəfə azalma), qeyri-faiz xərcləri 10 milyon 113 min manat (0,9% artım) təşkil edib. Beləliklə, bankın xalis əməliyyat zərəri 1 milyon 641 min manat olub. 

"Bank BTB" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyi vəsaitdən 31 min manatı mənfəətinə əlavə edib. Beləliklə, bank 2015-ci ili 1,61 milyon manat ziyanla başa vurub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275