BANK

Azərbaycan bankı 700 min manata villa satır
10 MAY
1987

Azərbaycan bankı 700 min manata villa satır

2016-05-10 12:47:00

“Atabank”ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub. Bankdan fins.az-a verilən məlumata görə, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.

Eləcə də bax: “Maşını bankın üstünə atıb gedirlər” – GİROV MAŞINLAR NECƏ SATILIR?

Ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün torpağın hektarına 1050 manat ödəməklə onu almaq olar.

Eləcə də bax: "Razılıq olmasa da, girov qüvvədədir" – KONSTİTUSİYA MƏHKƏMƏSİ 

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

“Atabank”ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.

Eləcə də bax: Azərbaycanda ən çox bu əmlak girov qoyulur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271