BANK

"Mənim İslam bankçılığına qarşı olmağım barədə yayılmış fikirlər KİV-ə məxsusdur"
10 MAY
665

"Mənim İslam bankçılığına qarşı olmağım barədə yayılmış fikirlər KİV-ə məxsusdur"

2016-05-10 10:55:00

 Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-lərin özünə məxsusdur. 

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb: "Prezident İlham Əliyevin İpoteka Fondunun yenindən formalaşması ilə bağlı xüsusi tapşırığı var. Artıq hökumətdaxili müzakirələr yekunlaşır və tezliklə qərar açıqlanacaq".

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275