BANK

“NBC Bank” kapitalını artırdı – PAYLAR DƏYİŞDİ
10 MAY
590

“NBC Bank” kapitalını artırdı – PAYLAR DƏYİŞDİ

2016-05-10 10:40:00

“NBC Bank” nizamnamə kapitalını təxminən 11,5 milyon manat artırıb. Fins.az-ın bankdakı mənbədən əldə etdiyi məlumata görə, kapital artımı səhm emissiyası hesabına həyata keçirilib. 

Belə ki, “NBC Bank” dövriyyəyə hər birinin nominal dəyəri 243,6 manat olan 47061 yeni səhm buraxıb. Bu səhmlərin hamısı bankın öz səhmdarları tərəfindən alınıb. Yəni, prosesə yeni səhmdar cəlb olunmayıb. 

Əgər emissiyadan əvvəl “NBC Bank”ın nizamnamə kapitalı 46 milyon 536 min 126 manat idisə, hazırda bu rəqəm 58 milyon 186 manatdır. Kapital artımından sonra bankın səhmdarlarının pay bölgüsü dəyişib.

Eləcə də bax: «Bazarda bizim bank qalmalıdır» – BİRLƏŞMƏ BARƏDƏ AÇIQLAMA

“NBC Bank”ın səhmdarları 6 fiziki və 2 hüquqi şəxsdir. Kapital artımından əvvəl fiziki şəxslər bankın kapitalında 89,1%-lik və yaxud 41 milyon 462 min 669 manatlıq, hüquqi şəxslər isə 10,9%-lik və yaxud 5 milyon 73 min 457 manatlıq paya malik olub.

Bankdan bildirirlər ki, yeni səhmlərin alınmasında hüquqi şəxslər iştirak etməyib. Buna görə də, fiziki şəxslərin bankın kapitalındakı payı 11 milyon 464 min 60 manat artaraq 52 milyon 926 min 729 manat olub. Bu isə bütün nizamnamə kapitalının 91,25%-i qədərdir. Yəni, fiziki şəxslər bankdakı payını 2,15% artırıb. Avtomatik olaraq hüquqi şəxslərin “NBC Bank”ın kapitalındakı payı 10,9%-dən 8,75%-ə qədər azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272