BANK

Banklardan Mərkəzi Banka “məzənnə” təklifi
02 MAY
1804

Banklardan Mərkəzi Banka “məzənnə” təklifi

2016-05-02 17:00:00

Azərbaycan bankları Mərkəzi Banka (AMB) manatın məzənnəsinin dəyişməsi üçün konkret dəhliz müəyyən etməyi təklif edib. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə, belə bir intervalın olması banklara gələcəkdə atılacaq addımları müəyyən etməkdə, işləri planlaşdırmaqda kömək olardı. Özü də bu, banklardan çox onların müştərilərinə lazımdır. 

Bununla belə, AMB bankların bu təklifi ilə razılaşmayıb. Zakir Nuriyev deyir ki, qurum öz qərarını manatın “üzən məzənnə” rejimində olması ilə izah edib. Yəni, milli valyutanın məzənnəsi dollara tələbatın artıb-azalmasından asılı olaraq dəyişdiyi üçün bu məsələdə konkret dəhlizin müəyyən edilməsi mümkün hesab edilməyib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274