BANK

Dolların nə qədər ucuzlaşacağı - MƏLUM OLDU
29 APREL
3595

Dolların nə qədər ucuzlaşacağı - MƏLUM OLDU

2016-04-29 16:00:00

Azərbaycanda dövlət tərəfindən milli valyutanın ABŞ dollarına qarşı minimal məqbul rəsmi məzənnəsinin cari vəziyyətdə 1,50 AZN/USD səviyyəsində müəyyən oluna bilər.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 26-da mütəmadi olaraq keçirdiyi valyuta hərracında Dövlət Neft Fondundan (ARDNF) 30 mln. ABŞ dolları həcmində valyuta kütləsini alaraq bazarda manat intervensiyası keçirməsi və dolların rəsmi məzənnəsinin 1,5006 AZN/USD səviyyəsindən aşağı düşməsinə mane olması bunu deməyə əsas verir. 

Bazar ertəsi, aprelin 25-də də dolların məzənnəsinin 1,49 AZN/USD səviyyəsinə düşməsinin qarşısı manat intervensiyası vasitəsi ilə alınıb və məzənnə 1,50 manat səviyyəsi üzərində müəyyənləşib.

Son günlər AMB-nin valyuta bazarına müdaxiləsi dolların məzənnəsinin 1,50 AZN/USD-dən aşağı düşməyəcəyi ilə bağlı fikirləri gücləndirib. Bu da dollara minimal hesab edilən 1,50 AZN/USD səviyyəsində tələbi artırıb. Son günlər ərzində nağd valyuta bazarında dolların məzənnəsi 1,48 manatdan 1,51 manata yüksəlib.

Analitiklər hesab edirlər ki, rəsmi məzənnənin tədricən, aşağı templə artırılması tendensiyası davam edəcək:

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiyanın milli valyutası - rublun dollarla müqayisədə məzənnəsinə diqqət yetirdikdə məzənnənin 65 RUB/USD səviyyəsindən aşağı enmədiyini görərik. Türkiyə lirəsində də vəziyyət eynidir - dolların məzənnəsi 2,82 TRY/USD səviyyəsindən aşağı enməyib.

Mənbə:  Report 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275