BANK

Bu bank 15% böyüyüb
28 APREL
470

Bu bank 15% böyüyüb

2016-04-28 15:05:00

Bu ilin 1-ci rübünün yekununda “Dəmirbank”ın cəmi aktivləri 548,6 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 14,6% çoxdur. 

İstehlak kreditləşməsini azaldıb

Bankın aktivlərinin strukturunda kredit portfeli 401 milyon manat olub. Bu, 1 il əvvələ nisbətən 7,5% çoxdur.

Kredit portfelinin təxminən yarısını – 198,1 milyon manatını istehlak kreditləri təşkil edib. Amma son 1ildə bank fiziki şəxslərə verdiyi kreditlərin məbləğini təxminən 5% azaldıb.

Bankın ipoteka kreditləri portfeli isə 1% azalaraq 48,9 milyon manat olub. Bununla belə, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin məbləği 18,7% artıb. 

1 ilə cəmi 1 bankomat qoyub 

1 il ərzində “Dəmirbank” bankomatlarının sayını cəmi 1 ədəd artıraraq 59-a çatdırıb. Bankın POS-terminalları isə 43 ədəd artaraq 1009 olub. 

“Dəmirbank”  vaxtı keçmiş kreditləri, depozit portfeli, gəlirləri, xərcləri, mənfəəti və yaxud ziyanı barədə məlumatları açıqlamayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275