BANK

Onlar bağlanmış bankdan pullarını götürmək istəmirlər
27 APREL
478

Onlar bağlanmış bankdan pullarını götürmək istəmirlər

2016-04-27 12:28:00

Lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı”ndakı hesablarından hələ də pulunu götürməyən şəxslər var. Bu barədə fins.az-a açıqlamasında bankın ləğvedicisi olan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu bildirib. Onun sözlərinə görə, bank bununla bağlı 15 gün əvvəl kreditorlara müraciət etsə də, onların bir qismi bağlanmış bankdan pullarını götürmək istəmirlər.

Eləcə də bax: “Gəlin, pulunuzu götürün!” – BANKDAN MÜRACİƏT

“Bankın təxminən 2500 manat verəcəyi var. Bunlar da böyük məbləğlər deyil. 50 qəpikdən tutmuş 60 manata qədər dəyişən depozitlərdir. Onların sahibləri hələ ki, pullarının dalınca gəlmirlər. Elə adam var ki, rayonda yaşayır, 20-30 manatdan ötrü məsafə qət etmək, xərc çəkmək istəmir. Biz də deyirik ki, Bakıda yolunuz düşəndə gəlib götürərsiniz. Eləsi var ki, alacağı pul qəpik-quruşdur, Bakıda yaşasa da, ondan ötrü banka gəlmək istəmir” – deyə Natiq Yusifoğlu bildirib qeyd edib. Bununla belə, ləğvedicinin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq depozitini götürməyən şəxslərin pulları notariat kontorlarının depozit hesablarına köçürüləcək: “Pulu istədikləri vaxt ordan götürəcəklər. Biz həmin məbləği poçtla göndərə bilmirik, çünki məxaric qəbzi hazırlanmalı, ona imza atılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270