BANK

“Aqrarkredit”dən mikroskopik mənfəət
26 APREL 2016
437

“Aqrarkredit”dən mikroskopik mənfəət

2016-04-26 16:17:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Aqrarkredit” – bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 3 milyard 522 milyon manat təşkil edib. Fins.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 10,6% çoxdur. Rüb ərzində kredit təşkilatının cəmi öhdəlikləri 10,6% olsa da, cəmi kapitalı 13,4 milyon manat səviyyəsində qalıb. 

Mərkəzi Banka 11 milyon manat borcludur 

Aprelin 1-nə “Aqrarkredit” 24,1 milyon manat, Mərkəzi Bank qarşısında öhdəlikləri 10,8 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı”ndan qəbul etdiyi öhdəlikləri isə 3 milyard 458,9 milyon manatdır.

3 ay ərzində BOKT-un faiz gəlirləri 925 min manat, faiz xərcləri 38 min manat, qeyri-faiz gəlirləri 107 min manat, qeyri-faiz xərcləri 804 min manat təşkil edib. Beləliklə, “Aqrarkredit”in xalis əməliyyat mənfəəti 190 min manat olub. Bunun 174 min manatı Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Beləliklə, BOKT ilin 1-ci rübünü cəmi 16 min manat xalis mənfəətlə başa vurub. Bununla yanaşı, "Aqrarkredit" problemli kreditlərini açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304