BANK

"İndi banklara əmanət lazım deyil" - ASSOSİASİYA
26 APREL
530

"İndi banklara əmanət lazım deyil" - ASSOSİASİYA

2016-04-26 09:56:00

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbul edilməsi əmanətlərin artımına deyil, əmanətlərin sistemdən çıxışının yavaşladılmasına yönəlib.

Fins.az-ın məlumatına görə,  açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.

“Əmanətlərin tam sığortalanmasını, öz iqtisadi sistemini yeni bir mərhələyə keçirən və yaxud iqtisadiyyatında böhran elementləri çıxan bütün ölkələr tətbiq edirlər. Azərbaycan da istisna deyil.  “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbul edilməsi əmanətlərin artımına deyil, əmanətlərin sistemdən çıxışının yavaşladılmasına yönəlib. Bu qanun öz rolunu oynadı. Fevral ayında banklardan əmanətlərin çıxışı daha böyük idi, Mart ayında proses yavaşladı, Aprel ayında isə demək olar ki, çox aşağı tempə keçib. Deməli, qanun öz işini görüb.Əsas məsələ budur ki, bankda pulu olan əmanətçi narahat olmasın”,- ABA-nın sədri deyib.

Zakir Nuriyev qeyd edib ki, banklar ehtiyac olduğu halda əhalidən aktiv əmanət cəlb edirlər:

“Manat əmanətlərinin artırılmasından öncə, banklardakı izafi likvidlik aradan qaldırılmalıdır. Birinci növbədə iqtisadi aktivlik artmalı, iqtisadiyyata daha çox kredit verilməli, bundan sonra vəsaitlərə ehtiyac yarandığı üçün aktiv əmanət cəlbinə başlanıla bilər.  Bu gün nə qədər ehtiyac var ki, biz əmanət qəbul edək?! Əgər həmin vəsait kredit şəkilində verilmirsə, bank qzanmadığı halda əmanətçilərə faizlər ödəməlidir.

İqtisadiyyatda ciddi kreditləşmə olan zaman vəsaitə ehtiyac yaranır. Vəsaitə ehtiyac yarandıqda banklar taktiki gedişlər seçirlər – yeni əmanət məhsulları hazırlayırlar, faiz dərəcələrin qaldırırlar və s. Bu gün kreditləşmə tempi 2013-2014-ci illər ilə müqayisədə aşağıdır. Əgər kreditlərə tələb aşağıdırsa, böyük sürətlə əmanət cəlb edilməsi doğru deyil. Kreditlərə ehtiyac artdıqca banklar əhalidən əmanətlərin cəlbini artıracaqlar”. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272