BANK

“AFB Bank”ın 10 milyon manatı “batıb" - DETALLAR
25 APREL
696

“AFB Bank”ın 10 milyon manatı “batıb" - DETALLAR

2016-04-25 16:33:00

Bu ilin 1-ci rübünün yekununda “AFB Bank”ın vaxtı keçmiş kreditləri 42 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ümumi kredit portfelinin 22,4%-i qədərdir. Xatırladaq ki, aprelin 1-nə bankın kredit portfeli 187,9 milyon manatdır.

2015-ci ilin yekununda isə “AFB Bank”ın problemli kreditləri 20 milyon manat və yaxud bütün kreditlərin 11%-i qədər olub. O vaxt bank kredit portfelinin 181 milyon manat olduğunu açıqlamışdı.

10 milyon manata yaxın ümidsiz aktivi var

“AFB Bank”ın vaxtı keçmiş kreditlərinin 20,8 milyon manatını və yaxud 49,5%-ni qeyri-standart kreditlər (gecikmə günlərinin sayı 30-dan çox olan) təşkil edir. Bunun da 10,8 milyon manatı qeyri-qənaətbəxş aktivlərə (gecikmə günlərinin sayı 30-60 gün arasında olan) aiddir. 60-90 gün ərzində gecikdirilən kreditlər, yəni təhlükəli aktivlər cəmi 174 min manatdır. 90 gündən artıq müddətdə ödənilməyən, yəni ümidsiz aktivlər isə 9,8 milyon manatdır. Başqa sözlə, bankın 10 milyon manata yaxın vəsaiti “batmış” sayılır.

Eləcə də bax: “AFB Bank”ın vəziyyəti məlum oldu

Əsas problem Bakı və Sumqayıtdadır

Vaxtı keçmiş kreditlərin regionlar üzrə bölgüsü göstərir ki, bank kreditlərin qaytarılmaması problemi ilə ən çox Bakı və Sumqayıtda üzləşib. Bu da başa düşüləndir. Çünki, “AFB Bank”ın kredit portfelinin böyük hissəsi bu şəhərlərin payına düşür. Paytaxt üzrə banka borclar 166,4 milyon manatdır ki, bunun da 39,2 milyon manatı, yəni 23,5%-i vaxtında ödənilmir. Sumqayıtda isə 3,85 milyon manatı kreditin 1,05 milyon manatında, yəni təxminən 27%-də gecikmə var. Qalan bölgələr üzrə bankın vaxtı keçmiş kreditləri 1 milyon manatdan azdır. Gəncədə bu göstərici 177 min manat (23%), Abşeronda 176 min manat (20,2%), Naxçıvanda 234 min manat (8,5%), Lənkəranda 194 min manat (39,5%), Qəbələdə isə 143 (7,4%) min manatdır.

Eləcə də bax:“AFB Bank”ın maliyyə hesabatı - I rüb, 2016

Bəzi rayonlarda krediti qaytarmağı xoşlamırlar

Bəzi rayonlarda isə “AFB Bank”ın vaxtı keçmiş kreditləri kredit portfelinin 50%-dən yüksəkdir. Məsələn, Samux rayonunda verilmiş 41,1 min manatın 26 min manatının (62,3%-nin), Hacıqabul rayonunda 9 min manatı 5 min manatının (55,6%-nin), Bərdə rayonunda 48,5 min manatın 41 min manatının (84,5%-nin), Balakən rayonunda 4,2 min manatın 4 min manatının (95,2%-nin), Naftalan rayonunda 3,8 min manatın 2 min manatının (52,6%-nin) ödənişində gecikmə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272