BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
25 APREL
964

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-04-25 12:28:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Expressbank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,485 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Unibank”dır. Bu banklarda alış qiyməti 1,445 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank Silk Vey”dədir. Bu bank dolları 1,504 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bankda satış qiyməti 1,5572 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Turanbank”dır – 1,675 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Muğanbank”dır - 1,6226 manata. Avronu ən ucuz “Expressbank” və “Zaminbank” satır – 1,7 manata. Avronun ən baha satıldığı bank isə “Kapital Bank”dır – 1,758 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275