BANK

“Mərkəzi Bank düz edir” – RÜFƏT ASLANLI
25 APREL
1073

“Mərkəzi Bank düz edir” – RÜFƏT ASLANLI

2016-04-25 08:47:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda manat kütləsinin məhdudlaşdırılmasına münasibət bildirib. Fins.az-ın məlumatına görə, palata rəhbəri Mərkəzi Bankın bununla bağlı siyasətini təqdir edib və pul bazasınınb tədricən genişləndirildiyini deyib: “Bizim məqsədimiz odur ki, ilk növbədə ölkədə iqtisadi aktivliyi bərpa edək. Bu baş versə, yeni sərmayə qoyuluşuna, yəni pula tələbat yaranır. Pala ehtiyac olanda Mərkəzi Bank pul bazasını genişləndirir. Əks təqdirdə, dövriyyəyə buraxılan manat xarici valyuta ehtiyatlarına təsir edir. Son 2-3 ayda dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması ilə bağlı fundamental qərarlar qəbul edib. Iqtisadiyyat tamamilə yeni rejimə keçir. Biz ümid edirik ki, bu islahatlar iqtisadi dinamikanı təmin edəcək və pul bazası genişlənəcək. Mərkəzi Bankın bu məsələyə baxışı peşəkardır. O, gözləmək istəmir ki, iqtisadiyyatda canlanma olsun və ölkəni pulla doydursun. Mərkəzi Bank pul bazasını ehtiyatla artırır və iqtisadi təşəbbüsləri dəstəkləyir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272