BANK

Azərbaycanda kreditləşmə qaydaları dəyişir
24 APREL
1191

Azərbaycanda kreditləşmə qaydaları dəyişir

2016-04-24 21:39:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda yeni kreditləşmə modeli üzərində işləyir. Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.  “Biz kreditləşməyə yeni baxış, yeni hüquqi çərçivə müəyyən etmək istəyirik. Burada söhbət həm sağlam, həm də məsuliyyətli kreditləşmədən gedir. Yəgin ki, may ayına bu model hazır olacaq və biz oni banklar, ictinmaiyyət nümayəndələri ilə müzakirə edəcəyik” – deyə o, qeyd edib. 

         Eləcə də bax: Dollar kreditləri ilə bağlı qərar olacaq

Palata sədrinin sözlərinə görə, Azərbaycanda istehlak kreditləri ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər: "Borclananın borc yükünün onun gəlirlərinə nisbəti daha real olmalıdır. Yəni, vətəndaşın aylıq ödənişi onun gəlirinin 50%-dən az olmalıdır. Vətəndaş krediti ödədikdən sonra əlində qalan pul onun aylıq dolanışığını təmin etməlidir".

         Eləcə də bax: “Banklar bunu etsələr, qarşısını alacağıq” – RÜFƏT ASLANLI

         Eləcə də bax: “Banklar borclulara qarşı yumşaq davranırlar” – RÜFƏT ASLANLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272