BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
22 APREL
1044

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-04-22 12:03:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,495 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Kapital Bank”dır. Bu banklarda alış qiyməti 1,4585 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Parabank”dadır. Bu bank dolları 1,5115 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bankda satış qiyməti 1,5648 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Accessbank”dır – 1,699 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Muğanbank”dır - 1,6348 manata. Avronu ən ucuz “Expressbank” satır – 1,711 manata. Avronun ən baha satıldığı bank isə “Dekabank”dır – 1,78 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272