BANK

"Onlar krediti qaytarmamış vəfat edə bilərlər"
22 APREL
513

"Onlar krediti qaytarmamış vəfat edə bilərlər"

2016-04-22 10:27:00

Azərbaycanda pensiyaçılara kredit vermək həmişə riskli olub. Bunu fins.az-a Azərbaycan Banklar Assosiasiyasının adının açıqlanmasını istəməyən eksperti deyib.

Onun sözlərinə görə, başlıca risk pensiyaçıların aylıq gəlirinin az olması ilə bağlıdır: “Pensiyaçıların əksəriyyəti əhalinin digər kateqoriyaları - gənc və orta yaşlı insanlarla müqayisədə az gəlir əldə edirlər. Bu da son nəticədə banklara problem yaradır. Krediti gecikdirən yaşlı insana qarşı sərt tədbirlər görmək də çətindir”.

Eləcə də bax: Pensiyaçılara kredit verilməsi qadağan edildi 

Pensiyaçılarla bağlı digər risk isə onların krediti ödəyib qurtarmamış vəfat etməsidir: “Hər bir insanın müəyyən yaşam dövrü var. Pensiyaya çıxmış insanda dünyasını dəyişmə ehtimalı böyükdür. Məsələn, banklar ipoteka krediti verəndə şərt qoyurlar ki, kredit qaytarılma müddəti müştəri pensiyaya çıxana qədər başa çatsın.

Bunu ona görə edirlər ki, borcun qaytarılmaması ehtimalı minimum olsun. Pensiyaçılar vəfat edəndə onların banklara borcunun qaytarılması adətən problemə çevrilir. Varislər qaytarmaq istəmirlər. Vərəsəlik məsələləri də gec həll olunur. Doğrudur, bəzi banklar krediti sığorta etdirirlər. Amma pensiyaçıların borcunun sığortalanmasında heç sığorta şirkətləri də maraqlı deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272