BANK

“Kredobank” Mərkəzi Banka 45 milyon manat borcludur
18 APREL
413

“Kredobank” Mərkəzi Banka 45 milyon manat borcludur

2016-04-18 16:13:00

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Kredobank”ın cəmi aktivləri 198,5 milyon manat təşkil edib. Fins.az-ın bankın prudensial hesabatına istinadən yaydığı məlumata görə, bunun 142,9 milyon manatı bankın cəmi öhdəliklərinin, 55,6 milyon manatı isə cəmi kapitalının payına düşüb.

Əmanətlərinin 93%-i “dollarlaşıb”

Bankın aktivlərində kredit portfelinin payı 117,4 milyon manat olub. Bunun 12,1 milyon manatı xarici valyutada verilib. Bankın öhdəliklərində depozt portfelinin payı isə 53,7 milyon manat olub. Bunun isə 29,7 milyon manatı xarici valyutada cəlb edilib. O cümlədən bankın əhalidən cəlb etdiyi əmanətlərin məbləği 19,8 milyon manat olub ki, bunun da 18,4 milyon manatı, yəni təxminən 93%-i “dollarlaşıb”. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 44,9 milyon manat təşkil edib.

Mənfəətlə işləyir

Hesabat dövründə “Kredobank”ın faiz gəlirləri 3 milyon 366 min manat, faiz xərcləri 1 milyon 440 min manat, qeyri-faiz gəlirləri 883 min manat, qeyri-faiz xərcləri isə 470 min manat olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 2 milyon 339 min manat təşkil edib. Bunun 1,9 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 88 min manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldilib. Beləliklə, “Kredobank” ilin 1-ci rübünü 0,35 milyon manat xalis mənfəətlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275