BANK

“Azərbaycan Sənaye Bankı” mənfəətdədir – HESABATINI AÇIQLADI
15 APREL
359

“Azərbaycan Sənaye Bankı” mənfəətdədir – HESABATINI AÇIQLADI

2016-04-15 09:57:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Azərbaycan Sənaye Bankı”nın (ASB) cəmi aktivləri 668,4 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 22,7% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 24,4% artaraq 588,1 milyon manat, cəmi kapitalı isə 11,7% artaraq 80,3 milyon manat olub.

3 ayın yekununda ASB-nin kredit portfeli 222 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,6% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 8,3% artaraq 7,2 milyon manat olub. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelində payı 3,8%-dən 3,2%-ə düşüb.

ASB-nin depozit portfeli isə 23,6% artaraq 407 milyon manat olub. Bunun da 326,4 milyon manatını əhalinin əmanətləri təşkil edib. Son 1 ildə əmanətlər 2,4 dəfə artıb.

Hesabat dövründə bankın faiz gəlirləri 4,79 milyon manat (18,6% az), faiz xərcləri 2,1 milyon manat (32,9% artım), qeyri-faiz gəlirləri 1,94 milyon manat (ötən ilin eyni dövründə bank qeyri-faiz əməliyyatlarından 2,1 milyon manata yaxın ziyana düşmüşdü), qeyri-faiz xərcləri isə 1,96 milyon manat (5,5% azalma) olub.

Beləliklə, bankın xalis əməliyyat mənfəəti 2,659 milyon manat təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə 17 dəfə çoxdur. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığı vəsaiti 568 min manatını da mənfəətinə əlavə edib, 554 min manat isə mənfəət vergisi ödəyib. Beləliklə, ASB ilin 1-ci rübünü 2 milyon 673 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2015-ci ilin 1-ci rübündə bank 1 milyon 960 min manat ziyana düşmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274