AVTO

Milyonluq maşınla oğurluğa getdilər - VİDEO
23 SENTYABR
496

Milyonluq maşınla oğurluğa getdilər - VİDEO

2019-09-23 10:39:00

Yunanıstanın paytaxtı Afinada oğrular qaçırdıqları 1967-ci il istehsalı “Ford Mustang” markalı avtomobillə elektronika mağazasına giriblər.

Fins.az-ın məlumatına görə, onlar oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar. Bu barədə Oxu.az yaxıb. 

Bildirilir ki, cinayətkarlar oradan üç ədəd “Sony PlayStation” oyun qurğusu və digər əşyalar oğurlayıblar.

İnformasiyaya görə, oğruların istifadə etdiyi klassik maşın zədələnib. Onun bərpası üçünsə bundan əvvəl 45 min avro pul xərclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır