AVTO

Aylıq satış rekordu
10 SENTYABR
373

Aylıq satış rekordu

2019-09-10 10:55:00

2019-cu ilin yanvar-avqust aylarında Çin bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox – 427 min 447 ədəd “Audi” avtomobili satılıb.

Bildirilir ki, cari ilin avqustunda isə ölkədə 58 min 580 ədəd “Audi” avtomobili satılıb ki, bu son bir il üzrə aylıq satış rekordudur.

Qeyd edilir ki, ötən ay Çində bu avtomobili alan müştərilər daha çox “Audi Q5L” modelinə üstünlük veriblər. Avqustda 13 min 785 ədəd “Audi Q5” satılıb. Xəbəri “Rambler.Avto” verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır