AVTO

Azərbaycanda nəhəng avtomobil satışa çıxarılır - 100 min manat
04 İYUL
579

Azərbaycanda nəhəng avtomobil satışa çıxarılır - 100 min manat

2019-07-04 15:16:00

Hyundai şirkətinin Azərbaycandakı nümayəndəsi “Auto Azərbaycan” şirkəti markanın nəhəngi olan Palisade modelinin satışına başlayır.

Şirkətdən Fins.az-a verilən məlumata görə, Palisade avtomobilləri Azərbaycanda bir neçə gündən sonra  satışda olacaqdır.

Artıq “Auto Azərbaycan” şirkətinin rəsmi İnternet səhifəsində modelin başlanğıc qiyməti qeyd edilib. Belə ki, Azərbaycanda Hyundai Palisade modeli 101 min 800 manatdan başlayan qiymətlərlə təklif olunacaq.

Modelin Azərbaycan bazarında 295 at gücündə "3.8 GDi Benzin Mühərrik", 277 at gücündə "3.5 MPi Benzin Mühərriki" və 200 at gücündə "2.2 TCi Dizel Mühərrik" versiyları alıcılara təklif olunacaqdır.

Avtomobil 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunur və HTRAC Tam Ötürücülü İdarəetmə sisteminə malikdir.

Los-Angeles avtomobil sərgisində təqdim edilən Hyundai Palisade modeli üçün bir Amerikan maşını da demək olar. Buna səbəb avtomobilin şərq istehsalçılarının üslubundan tamamilə fərqlənməsidir. Avtomobilin sadəcə radiator barmaqlıqlarının ölçüsü və əzəmətli dizaynı GMC və Lincorn kimi modellərə meydan oxuduğunu göstərir. Avtomobil ön və yan tərəflərdən brendin flaqmanı olan Santa Fe-ni xatırlatsa da arxa hissədən bənzərsiz dizaynla təmin edilmişdir.

Palisade böyük avtomobildən daha çox bütün kompfortları özündə birləşdirən gəmini xatırladır. Bu model istehsalı dayandırlmış Hyundai ix55 (Hyundai Veracruz) modelini SUV bazarında əvəz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269