AVTO

“Audi” 2025-ci ilə qədər 30 elektriklə çalışan modelini buraxmağı planlaşdırır
11 İYUN
113

“Audi” 2025-ci ilə qədər 30 elektriklə çalışan modelini buraxmağı planlaşdırır

2019-06-11 16:52:00

Alman avtomobil nəhəngi "Audi" 2025-ci ilə qədər, təxminən, 30 yeni elektriklə çalışan modelini buraxacaq.

Fins.az ted.az-a istinadən bildirir ki, brendin rəhbərliyi növbəti 5 il ərzində bazardakı texnikanın təxminən, 40 faizinin hibrid modellərdən ibarət olacağına əmindir. "Audi" bazarın ümumi tendensiyasından uzaqlaşmamaqdan ötrü, rəqəmsal texnologiyaların və avtonom sürücülüyün inkişafı üçün, təxminən 14 milyard avro xərcləyəcək.

Həmçinin, şirkət elan edib ki, təxminən, üç model MEB-in (Modulare E-Antriebs-Baukasten) müasir platformasında yerinə yetiriləcək. İstehsalçı bazarda yeni modellərlə yanaşı, hələlik yalnız daxili yanma mühərrikləri ilə təklif olunan müasirləşdirilmiş avtomobilləri də təklif etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264

DİGƏR XƏBƏRLƏR