AVTO

Skoda şirkətindən SÜRPRİZ
07 İYUN
366

Skoda şirkətindən SÜRPRİZ

2019-06-07 17:01:00

Çinin Şençjen şəhərində keçirilən avtosalonunda Skoda şirkəti Vision GT adlı konsepti nümayiş etdirib. İnanıram ki, bir çoxlarınız bu avtosalonun adını birinci dəfədir ki eşidir.

Fins.az-ın məlumatına görə, bu hadisə, eyni zamanda, çin bazarının avtomobil istehsalçıları üçün günü-gündən artan əhəmiyyətindən xəbər verir. MQB modul platformasında inşa edilmiş konsept Çində satılan Skoda Kamiq modelinin idman versiyasının carçısıdır. Konsept adi Kamiq modelindən maili tavan xətti, Scala hetçbekinin üslubunda dizayn edilmiş ön hissəsi və 20-düymlük təkər diskləri ilə seçilir. Konsept həmçinin dekorativ diffuzora və kuzovun ümumi rəngindən seçilən dam rənginə malikdir. Konseptin texniki hissəsi barədə məlumat verilməyib. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264