AVTO

500 min avroluq açar - VİDEO
12 APREL
256

500 min avroluq açar - VİDEO

2019-04-12 10:03:00

Fin Awain şirkəti superkarlar üçün nəzərdə tutulan və qiymətli daşlarla tərtib edilmiş açarların məhdud saylı seriyasını təqdim edib.

Fins.az xəbər veirr ki, hər bir nüsxə saatsazların və mühəndislərin iştirakı ilə əllə hazırlanır. Ən bahalı açar 500 min avroyadır.

Bu Lamborghini Aventador SVJ Roadster superkarının qiymətindən çoxdur. Awain şirkətinin yaradıcısı və başçısı Calmari Mattila keçmiş avtojurnalistdir. O, heç zaman superkarların adi plastikdən hazırlanmış açarlarını xoşlamayıb və onları bu zərif avtomobillər üçün təhqir hesab edib. Bunda görə də o, dizayner Leevi Markkuli və saat ustası Yoakim Cokelanın dəstəyi ilə gözəl və dəbdəbəli açar yaradıb. 

Awain şirkəti açarların tərtibatında qiymətli metallardan, ağac növlərindən, daşlardan və yüksək keyfiyyətli dəridən istifadə edilir. bütün əməliyyatlar əl ilə aparılır. Açarın baza versiyası Quantum ümumi çəkisi 3,45 karat olan 354 brilliant, orta versiya olan Serenity isə 20 karatlıq 1250 brilliantla bəzədilir. Bu açarların qiyməti müvafiq olaraq 49 və 89 min avro təşkil edir. Ən bahalı versiya Phantom adına və 500 min avroluq qiymətə malikdir. Bu açar 34,5 karatlıq brillianlar ilə bəzədilib. Hər bir açarın gövdəsi 18 və ya 24 karatlıq qızıldan hazırlanır və 175 qram çəkiyə malikdir.

Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264