AVTO

Kütləvi istehsala buraxılacaq uçan avtomobil sərgiləndi
06 MART
330

Kütləvi istehsala buraxılacaq uçan avtomobil sərgiləndi

2019-03-06 18:25:00

Hollandiyalı şirkət "Pal-V" ilk kütləvi istehsala hazır olan uçan avtomobilini Cenevrə Avtomobil sərgisində nümayiş etdirib.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, "Liberty" adlandırılan avtomobilin 2 versiyası mövcuddur. Qiyməti isə 299 min avro ilə 499 min avro arasında dəyişir.

Uçuş zamanı avtomobili yerə endirmək 5-10 dəqiqə vaxt tələb edir. Avtomobil quruda 99 at gücündəki mühərriki ilə min kilometrdən çox yol qət edə bilir. "Liberty" 3,5 min metr yüksələrək havada 500 kilometr məsafə gedə bilir.

Kütləvi istehsala buraxılacaq uçan avtomobil sərgiləndi
Kütləvi istehsala buraxılacaq uçan avtomobil sərgiləndi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265