AVTO

İtalyanlar karbondan hidrogen superkarı göstərəcəklər
04 MART
108

İtalyanlar karbondan hidrogen superkarı göstərəcəklər

2019-03-04 13:40:00

UP Design studiyasının sahibi Umberto Palermo tərəfindən təsis edilmiş Mole Automobile firması Cenevrə avtosalonunda hidrogenlə çalışan Mole Contruzione Artigianale Almas konseptini nümayiş etdirəcəkdir. Fins.az xəbər verir ki, ilkin məlumata görə, avtomobil məhdud saylı seriya ilə buraxılacaqdır. Ortamühərrikli Mole Contruzione Artigianale Almas tamamilə karbondan hazırlanacaqdır. Konsept daxili yanacaq mühərriki ilə təchiz ediləcəkdir. Lakin, avtomobilin konstruksiyasında kuzov panellərinin altına hidrogen yanacaq özəklərinin yerləşdirilməsi nəzərdə tutulub. İtalyanların Cenevrəyə hansı modifikasiyanı gətirəcəyi məlum deyildir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264