AVTO

"Kahn Design Bentayga" modelini "qara cəngavərə" çevirib
13 FEVRAL
167

"Kahn Design Bentayga" modelini "qara cəngavərə" çevirib

2019-02-13 12:12:00

"Land Rover" ofrouderlərinin tüninqi ilə məşhurlaşmış Kahn Design atelyesi dəbdəbəli Bentley Bentayga modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Fins.az ilk növbədə britaniyalı tüner krossoverin kuzovunu  tutqun qara "Jet Black"rənginə boyayıb. Alternativ olaraq, sifarişçi "Satin Black" rəngini seçmək şansına malikdir. Zahiri yeniliklərə gəldikdə isə, Bentayga yeni radiator barmaqlığına, karbondan hazırlanmış "önlükləri" olan ön və arxa bamperə, 23-düymlük təkər disklərinə və qara xromdan dekor elementlərinə sahib olub. Kahn Design avtomobilin klirensini azaldan xüsusi modulu da quraşdırmağa hazırdır. Avtomobilin salonu "Herringhone 3D Modular" dərisi ilə üzlənib və Kahn Design atelyesinin imzasına çevrilmiş tikişlər ilə işlənibdir. Salonun tərtibatında qara rəngli dekordan istifadə edilib. Əlbəttə ki, atelye müştərisini məhdudlaşdırmaq fikrindən uzaqdır - siz arzuladığınız materiallardan və rəng çalarlarından istifadə edə bilərsiniz. Kahn Design tərəfindən təqdim edilən Bentley Bentrayga krossoverinin kapotunun altında 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik benzin mühərriki yerləşir. Güc aqreqatı ZF firmasının səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.  Səkkiz silindrli mühərriki olan Bentayga 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Odometrində 50 mil yürüş olan krossover üçün 169995 funt sterlinq tələn olunur. 

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263