AVTO

Altıncı nəsil "Opel Corsa" Cenevrədə debüt edəcək
11 FEVRAL
91

Altıncı nəsil "Opel Corsa" Cenevrədə debüt edəcək

2019-02-11 16:23:00

"Opel" şirkəti yeni nəsil Corsa hetçbekinin ilk tizerini dərc edib. Fins.az xəbər verir ki, yayılan fotoşəkildə avtomobilin ön fənəri təsvir olunub. Opel Corsa hetçbekinin yeni nəsli Astra və Insignia modellərinin təchiz edilidyi matrisa tipli IntelliLux işıqdiodlarından fənərlərə sahib olacaq. Bununla belə, altıncı nəsil Opel Corsa barədə heç bir məlumat verilməyib. İlkin məlumatlara görə, hetçbek PSA Peugeot Citroen qrupunun CMP (Common Modular Platform) modul platformasında inşa ediləcəkdir. Model həm benzin, həm də dizel aqreqatları ilə təchiz olunacaqdır. Elektrik modifikasiyasının buraxılacağı da istisna edilmir. Altınıc nəsil Opel Corsa modelinin mart ayında fəaliyyətə başlayacaq Cenevrə avtosalonunda debüt edəcəyi gözlənilir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259