AVTO

"BMW"-nin xüsusi versiyası hazırlanıb
06 FEVRAL
439

"BMW"-nin xüsusi versiyası hazırlanıb

2019-02-06 12:32:00

"BMW" şirkəti 8-Series kupesinin M850i xDrive Coupe First Edition adlı xüsusi versiyasını təqdim edib. Fins.az xəbər verir ki, dörd yüz nüsxəlik tiraja malik olan versiya alman markasının vacib hesab etdiyi bazarlar arasında bölünəcəkdir. Avtomobillər, eksteryer və interyerin BMW Individual bölümü tərəfindən hazırlanmış eksklyuziv tərtibatına malik olacaqdırlar. BMW Individual mütəxəssisləri məxsusi olaraq bu xüsusi seriya üçün mavi-boz çalarlara malik olan Frozen Barcelona Blue Metallic rəngini hazırlayıblar. Belə çalardan bavariya markasının avtomobillərində ilk dəfə istifadə edilir. Bu rənglə birlikdə Shadow Line tərtibat dəsti təklif edilir. Bu isə, qara rəngli radiator barmaqlığının, buraxılış sisteminin çıxış borularının, pəncərə şüşələrinin haşiyəsini və 20-düymlük Jet Black rəngli təkər disklərinin quraşdırılmasını nəzərdə tutur. Opsiyalar siyahısında  karbondan hazırlanmış tavan və eksteryer elementləri mövcuddur. Kupenin salon tərtibatında tünd-göy və fil sümüyü rəngli dərilərin kombinasiyasında istifadə edilib. M850i xDrive Coupe First Edition modelinin təchizatına M-sükan, alkantara ilə örtülmüş tavan, royal lakı ilə örtülmüş dekor elementləri, Bower&Wilkins səs sistemi və şüşədən hazırlanmış düymələr daxil edilib.

Xatırladaq ki, M850i kupesi 530 at qüvvəsi hasil edən 4.4-litrlik biturbo V8 mühərriki ilə hərəkətə gəlir. BMW M850i xDrive modeli 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Kupe standart olaraq səkkiz pilləli avtomatik qutu, aktiv differensial və M Sport əyləc sistemi ilə təchiz edilir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262