AVTO

Fiat dələduzluqda ittiham olunur
14 YANVAR
235

Fiat dələduzluqda ittiham olunur

2019-01-14 13:40:00

Fiat Chrysler Automobiles (FCA) alyansı ABŞ-ın Ədliyyə nazirliyi və dizel avtomobillərinin sahibləri tərəfindən irəli sürülmüş iddaların tənzimlənməsi üçün 700 milyon dollarlıq təzminat ödəməyəcəkdir. İddiaçılar alyansı dizel avtomobillərində ziyanlı tullantıların səviyyəsini gizlətməyə imkan verən xüsusi proqram təminatının quraşdırılmasında, həmçinin müstəqil ekoloji testlərin məlumatlarını saxtalaşdırmaqda ittiham edirlər. Fins.az xəbər verir ki, reuters agentliyinin anonim mənbələrinin bildirdiyinə görə, FCA konserni federal və Kaliforniya ştatının nizamlayıcılarına 311 miyon dollar, bu sahədə qanunvericiliyin pozulması faktlarını araşdıran ştat hakimiyyətinə isə 75 milyon dollar ödəyəcəkdir. Alyans, həmçinin avtomobil sahiblərinin iddialarını qarşılamaq üçün 280 milyon dollar ödəyəcəkdir. Bundan başqa, konsern ətraf mühitin çirklədilməsinə görə də müəyyən məbləğ ödəməlidir. Əvvəllər FCA konserni ona qarşı sürülmüş ittihamları rədd etmiş və alyansın rəhbərliyi belə bir proqram təminatını hazırlamağa belə cəhd göstərmədiyini bildirmişdi. Lakin, keçən ilin oktyabrında şirkət araşdırma ilə əlaqədar yaranan ziyanların qarşılanması üçün 815 milyon dollar ayırıb.  2017-ci ilin may ayında ABŞ-ın Ədliyyə nazirliyi FCA alyansından 104 min dizel avtomobilini geri çağıraraq, onların proqram təminatını yeniləməyə məcbur edib. Yerli hakimiyyətin iddiasına görə, FCA alyansının hərəkətləri azot oksidinin yol verilən səviyyəsinin artmasına gətirib çıxarıb. Bu isə, smoqun yaranmasına və respirator xəstəliklərin inkişafına səbəb olub.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027