AVTO

Avtomobillərin açarları smartfonla əvəz olunacaq
11 YANVAR
241

Avtomobillərin açarları smartfonla əvəz olunacaq

2019-01-11 15:45:00

“Bosch” şirkəti avtomobilə açarsız giriş texnologiyasını yeni səviyyəyə çıxarmaq istəyir. Almaniyanın elektronik cihaz istehsalçısı bir qayda olaraq yanvarın əvvəli Las-Veqasda keçiriləcək “CES-2019” Beynəlxalq Sərgisində iştirak etməyə və hazırladığı “Perfectly Keyless” sistemini təqdim etməyə hazırlaşır. Sistem açarsız giriş sistemində inqilaba səbəb olacağına söz verir. “Perfectly Keyless” təhlükəsizlik baxımından etibarlı müdafiə sistemi ehtiva edir. “Bosch” şirkətinin təklif etdiyi sistemdə smartfon və xüsusi proqramdan istifadə etmək lazım gələcək.

Fins.az xəbər verir ki, “Perfectly Keyless” rəqəmsal açarı elə smartfonda saxlayacaq, bunun üçün hazırlanan mobil proqramdan istifadə edəcək. Sürücü avtomobilə yaxınlaşan kimi rəqəmsal açarın idarəetməsində proqram təminatı örtük server vasitəsilə smartfondan avtomobildə quraşdırılmış sensorlara siqnal göndərəcək. Sensorlar rəqəmsal açarı tanısa, sistem qapıların idarəetmə blokuna siqnal göndərəcək və qapılar açılacaq.

Sistemin ən xoşagələn özəlliyi ondan ibarətdir ki, sürücünün telefonu çıxarıb, avtomobilin müəyyən hissəsinə istiqamətləndirib basmasına ehtiyac yoxdur. İnformasiya örtük vasitəsilə ötürüldüyü üçün sensorlar rəqəmsal açarı smartfon cibdə, çantada və ya bel çantasında olduqda da oxuya bilir. Bu da “Perfectly Keyless”-in NFC bazasında işləyən analoji sistemlər fonunda fərqlənməsinə imkan yaradır. “Digital Trends” portalı qeyd edir ki, bu sistem daha çox “Tesla Model 3” elektron avtomobillərində istifadə edilən açarsız giriş texnologiyasına oxşayır.

“Bosch” “Perfectly Keyless” texnologiyasının bir neçə üstünlüyünü qeyd edir. Ən aşkar üstünlük ondan ibarətdir ki, sistem sürücülərin həyatını asanlaşdıra bilər. Asanlıqla itirilə bilən açar dəstəsini üzərinizdə gəzdirməyə ehtiyac qalmayacaq. Lazım olan bütün informasiya smartfonda saxlanılacaq, ona görə insanların vərdişlərini dəyişməyə ehtiyac qalmayacaq. Maşına yaxınlaşıb, qapını açıb, mühərriki işə salmaq bəs edəcək. Mühəndislər hesab edir ki, texnologiya həmçinin son vaxtlar populyarlaşmağa başlayan karşerinq (carsharing) proqramlarında tətbiq edilə, onların istifadəsini xeyli asanlaşdıra bilər.

Bu cür texnologiyanın çatışmazlığı özünü nədə göstərə bilər? Məsələn, telefonunuzu itirə bilərsiniz, ya da onu kimsə oğurlaya bilər. Belə olduğu təqdirdə, nə baş verəcək? “Bosch” bu halları da nəzərə alıb. Şirkət qeyd edir ki, avtomobil sahibi bir neçə saniyə ərzində internet vasitəsilə elektron açarı deaktivasiya edə və ya avtomobilə girişi blokdan çıxara bilər. Əlbəttə, mobil cihazın batareyasının həmişə dolu olmasına diqqət yetirmək lazım gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264