AVTO

Daha bir inqlabi kəşf - 500 milyon avro investisiya yatırılacaq
09 YANVAR
549

Daha bir inqlabi kəşf - 500 milyon avro investisiya yatırılacaq

2019-01-09 14:25:00

Almaniyanın “Daimler” avtokonserni yaxın illərdə pilotsuz yük avtomobillərinin yaradılmasına 500 milyon avro investisiya etmək niyyətindədir.

Fins.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bu layihəni həyata keçirmək çün ABŞ və Almaniyada 200 iş yeri açılacaq. 

Qeyd olunur ki, 2025-ci ilə kimi tamamilə özü idarəolunan yük avtomobillərinin satışına başlamaq planlaşdırılır. Qismən avtomatlaşdırılan bu tip avtomobillər isə artıq bu il istismara veriləcək. İlk belə nəqliyyat vasitələri ABŞ bazarı üçün nəzərdə tutulacaq.

Pilotsuz yük maşınlarının idarəetmə sistemi əyləcə basma, sürət yığma və döngəyə girməyə nəzarət edəcək. Əlavə edək ki, “Daimler” avtokonserni Truck Platooning texnologiyasından imtina edib. Hansı ki, pilotsuz yük avtomobilləri qabaqda gedən aparıcı maşını izləyir. 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264