AVTO

Avtomobillərin qiymətindən son xəbər
28 DEKABR 2018
1027

Avtomobillərin qiymətindən son xəbər

2018-12-28 14:51:00

Azərbaycanda bu ilin noyabr ayında minik avtomobilləri 1,1% ucuzlaşıb. Bu müddətdə velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb. Fins.az-ın məlumatına görə, bu barədə məlumatı Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1%artıb, daha sonrakı ayda isə 0,2% azalma ilə əvəzlənib. Avqust ayında minik avtomobilləri 0,8% bahalaşıb, sentyabr ayında 0,8% ucuzlaşıb, oktyabr ayında isə qiymətlər sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabrda isə 0,2% bahalaşma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, noyabrda 1 minik avtomobili üçün orta qiymət 34 436 manat, velosiped üçün isə 165manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272