AVTO

Daihatsunun hazırladığı yeni kupeni siz də görün!
24 DEKABR 2018
250

Daihatsunun hazırladığı yeni kupeni siz də görün!

2018-12-24 17:08:00

Daihatsu şirkəti Copen adı altında qatlanan sərt dama və dəyişdirilən kuzob panellərinə malik olan rodsteri istehsal edir. Bu günlərdə yapon istehsalçısı Copen modelinin Coupe adlı versiyasını təqdim edib. Əlbəttə ki, avtomobilin hansı kuzova malik olduğunu söyləmək yersizdir - Coupe indeksi hər şeydən xəbər verir.Fins.az xəbər verir ki, Kupe Daihatsu Copen Cero modelinin bazasında inşa edilib. Avtomobil kiçik yan pəncərələri və qalxan arxa şüşəsi olan karbonplastikdən hazırlanmış dama malikdir. Qalxam arxa şüşənin altında isə, kiçi baqaj bölümü yerləşir. Sərt damın quraşdırılması seriya avtomobilinin yenidən hazırlanmasını tələb etməyib: sərt tavan çıxarılan standart panellərin yerinə bərkidilir. Kupe BBS alüminium təkər disklərinə, salonun xüsusi tərtibatına, özüqapanan differensiala (mexaniki qutu ilə), alın şüşəsinin tərləməsinin qarşısını alan xüsusi hidrofil örtüyü ilə təchiz edilir. Copen Coupe 64 at qüvvəli 660 kubluq üçsilindrli turbomühərrik ilə təchiz edilir. Transmissiyalar - mexaniki qutu və variatordur.

Kupe 200 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. Kupeni 11 yanvardan 11 fevrala kimi xüsusi saytda sifariş etmək olar. Copen Coupe modelinin satış qiyməti 2 min dollardan başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264