AVTO

Unikal avtomobilin FANTASTİK qiyməti
20 DEKABR 2018
863

Unikal avtomobilin FANTASTİK qiyməti

2018-12-20 16:42:00

Unikal superavtomobillər həvəskarları üçün yaxşı xəbərimiz vardır. Fins.az xəbər verir ki, Tokioda superavtomobillərin satışı ilə məşğul olan TPE firması Ken Okuyamanın müəllifi olduğu Kode 0 superavtomobilin satışa çıxarıb. 

Xatırladaq ki, Kode 0 müəllifi Ken Okuyama vaxtı ilə Pininfarina atelyesində çalışıb. Yapon dizayner Ferrari Enzo və 599 modellərinin dizaynı üzərində çalışıb. Kode 0 modelinin dizaynı keçən əsrin 70-ci illərinin modellərinin üslubunda yaradılıbdır. Əslində superkar, Lancia Stratos Zero modelinin üçbucaqlı dizaynın yaradıcısının, Lamborghini Countach və Ferrari Moduro avtomobillərinin dizayneri Marçello Qandininin üslubunu xatırladan kuzova malik olan Lamborghini Aventador avtomobilidir.

Kuzovunun panelləri karbondan hazırlanan avtomobilin çəkisi 1550 kiloqram edir ki, bu da Aventador modelinin çəkisindən 25 kiloqram azdır. Kupe işıqdiodlarından fənərlər, 20 (öndə) və 21-düymlük (arxada) təkər diskləri, həmçinin Pirelli P-Zero şinləri ilə təchiz edilib. Kode 0 700 at qüvvəsi və 690 Nm hazil edən 6,5-litrlik V12 mühərriki və yeddi pilləli robotla təchiz edilir. Yerindən 100 km/saat həddinə superkar 2,9 saniyəyə sürətlənir. Kode 0 modelindən öncə Okuyama Kode 57 Enji adlı spidsteri təqdim etmişdi. Avtomobil Ferrari 599 modelinin platformasından istifadə edilərək hazırlanmışdı. Kode 57 Enji həmin modelin Novitec atelyesi tərəfindən təkmilləşdirilən mühərriki ilə təchiz edilirdi. Güc aqreqatı 702 at qüvvəsi və 641 Nm fırlanma anı hasil edirdi. Kode 57 Enji modelinin qiyməti 2,5 milyon dollar təşkil edib.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267