AVTO

Mercedesin "bərkgedən" modeli gəlir
06 DEKABR
191

Mercedesin "bərkgedən" modeli gəlir

2018-12-06 15:24:00

Hazırda Mercedes-AMG A35 hetçbeki Mercedes-Benz A-Class ailəsinin ən “bərkgedən” modifikasiyası sayılır. Buna baxmayaraq, Brabus tüninq atelyesi Mercedes-Benz A250 modelini “bərkgedən” hetçbekin rəqibinə çevirməyi təklif edir.

Fins.az xəbər verir ki, ilk növbədə, tüner hetçbekin 2,0-litrlik turbomühərrikini PowerXtra B 25 S kitinin köməyi ilə gücləndirməyi təklif edir. Nəticədə, mühərrikin gücü 221 at qüvvəsindən 267 at qüvvəsinə qədər artmış olur. Güc artımı hetçbekin dinamikasına da müsbət təsir göstərir: 100 km/saat həddini yığmaq üçün hetçbekə 5,9 saniyə gərəkdir. Avtomobilin maksimal sürəti ənənəvi olaraq 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Əlbəttə ki, iş bununla bitmir. Tüner tərkibinə arxa antiqanad, ön splitter və arxa diffuzor daxil olan aerodinamik kuzov dəstini də quraşdırmağı təklif edir. Bütün bunlar 20-düymlük təkər diskləri olmadan əhəmiyyətsiz dəyişikliklərdir. Bundan başqa, tüner aktiv çəpərcikləri olan paslanmayan poladdan hazırlanmış buraxılış sistemini də təklif edir. Sistemin çıxış borularını diffuzorun arxasında gizlətmək şansı da vardır.

Ənənəvi olaraq, Brabus interyerin tərtibatı üçün çoxsaylı variantlar təklif edir. Müştəri yüksək keyfiyyətli dəri ilə örtülmüş salonu sifariş, metal, karbon və ağacdan hazırlanmış dekor elementlərindən seçim edə bilərlər. Pedal örtükləri və xüsusi ayaqaltılardan ibarət olan firma aksessuarlarını da yaddan çıxarmaq lazım deyildir. Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256