AVTO

Jaguar-ın bu addımı dünya mediasında
05 DEKABR
142

Jaguar-ın bu addımı dünya mediasında

2018-12-05 15:22:00

Jaguar Land Rover konserni gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda iştirak etməkdən imtina edib. Bu gün britaniya istehsalçısı bu rəsmi şəkildə təsdiq edib.

Fins.az xəbər verir ki, "Autocar"dərgisinin bildirdiyinə görə, sərgidə iştirak etməkdən imtinanın yeganə səbəbi vardır – xərclərin azaldılması. Şirkət hər bir konkret tədbirin effektivliyini hesablayır və yəqin ki, İsveçrədə keçirilən sərgi pul xərcləməyin səmərəli üsulu deyil.

Satış statistikasına baxsaq, bu ilin 10 ayında Jaguar Land Rover konserninin dünyadakı satışları 4% azalaraq 492388 ədəd təşkil edib. Üstyəlik, ən ciddi azalma marka üçün vacib olan Çin bazarında baş verib – təkcə oktyabr ayında konsernin satışları 49% azalıb.

Lakin, Cenevrədə iştirak etməkdən imtina edən təkcə JLR konserni deyildir – Ford və Volvo markaları da İsveçrəyə gəlməkdən imtina ediblər. Volvo markası ümumiyyətlə ümumi sərgilərdən imtina etdiyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256