AVTO

Ən güclü Ford Mustang modelinin təqdimat tarixi açıqlanıb
05 DEKABR
67

Ən güclü Ford Mustang modelinin təqdimat tarixi açıqlanıb

2018-12-05 12:57:00

Los Ancelesdəki Ford yeni modelin təqdimatın tarixi əks etdirilən xüsusi stend də quraşdırıb. Oyuncaq maşının qutusuna bənzər olan stenddə 1957-ci ilin Shelby GT500 modeli qoyulub.

Fins.az Autograph.az-a istinadən xəbər verir ki,burada Mustang Shelby model xəttinin təsviri və yeni modelin təqdimat tarixi həkk olunub - 14 yanvar 2019-cu il.

Xatırladaq ki, bir müddət bundan öncə, İnternet şəbəkəsində Ford Mustang modelinin ən güclü və hardkor modifikasiyası olan 700 at qüvvəli Shelby GT500 kupesinin növbəti nəslinin fotoşəkli peyda olub.

“Bərkgedən” GT500 kupesinin fotoşəkli sinister_lifestyle adlı Instagram istifadəçisi tərəfindən dərc edilib. Ehtimallar görə, bu şəkildə məhz Shelby GT500 kupesi əks etdirilib. Yeni kupe adi Ford Mustang modelindən ön hissənin dizaynı, splitter, genişləndirilmiş təkər tağları, kapotdakı havalandırma dəlikləri və karbonplastikdən hazırlanmış antiqanad ilə seçilir.

Bu günə Mustang modelinin ən güclü modifikasiyası Shelby GT350 kupesi sayılır. Kupenin 5,2-litrlik səkkiz silindrli atmosfer mühərriki 533 at qüvvəsi və 582 Nm fırlanma anı hasil edir. GT350 100 km/saat həddini 3,9 saniyəyə  toplayır və 289 km/saata qədər sürətlənir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256