AVTO

Porsche paltaryuyan hazırladı - FOTO
20 NOYABR
176

Porsche paltaryuyan hazırladı - FOTO

2018-11-20 15:00:00

Porsche Design studiyası yapon məişət texnikası istehsalçısı olan Panasonic şirkətinin sifarişi ilə paltaryuyan maşının xarici görkəmini dizayn edib. Premium sinfinə aid olan Panasonic Alpha Çin bazarında 2900 dollara satılacaqdır.

Fins.az xəbər verir ki, Panasonic Alpha maşınının əsas cəhəti tutqun rəngli paslanmayan poladdan hazırlanmış gövdəsi və Porsche avtomobillərinin cihazlar panelinə bənzəyən rəqəmsal panelidir. Paltaryuyan maşın Wi-Fi modulu ilə təchiz edilibdir ki, bu modulun köməkliyi ilə maşın sahibi yuyucu vasitənin miqdarını tənzimləyə, maşını smartfonun köməyi ilə işə sala və yumanın bitdiyi barədə məlumat ala bilər. Bundan başqa, maşın vibrasiyanın qarşısını alan asqıya və unikal havalandırma sisteminə malikdir. Yuma bitdikdən sonra paltaryuyan maşınnın qapısı iki santimetr irəli çıxaraq havanın dərhal içəri daxil olmasını təmin edir. Bu barədə Av

Panasonic şirkətinin məişət texnikası bölümünün rəhbəri Tetsue Homma Çin bazarının seçilməsinin səbəbini belə açıqlayıb: “Varlı çinlilər alman dizaynına və smartfonla idarəetməyə üstünlük verirlər. Digər ölkələrdəki alıcılar buna görə pul ödəmək istəmirlər. Onların istehlak iştahası fenomenaldır. Biz onlara lazım olan qədər maşın istehsal edə bilmərik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256