AVTO

“KamAZ” fəaliyyətini dayandırır?
16 NOYABR
299

“KamAZ” fəaliyyətini dayandırır?

2018-11-16 02:12:00

Rusiyada ən böyük yük avtomobili istehsalçısı KamAZ fəaliyyətini dayandıra bilər. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb yük maşınlarına olan tələbatın azalmasıdır. Belə ki, artıq noyabr ayının ikinci yarısından etibarən zavod həftənin cümə günləri işləməyəcək. Həmçinin ayın son günü konveyr dayandırılacaq.

2016-cı ildə KamAZ maşınlarının qiyməti artırdı. Lakin avqustdan etibarən bu günə kimi yük maşınlarının qiyməti 10% ucuzlaşıb.

Cari ilin yanvar-sentyabr aylarını zavod 287,9 milyon rubl zərərlə başa vurub. Halbuki şirkət ötən il 2.9 milyard rubl gəlir əldə edib.

Hazırda Rusiya bazarında KamAZ-ın rəqibləri son 9 ay ərzində satışları 10% artıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256